Hər gün 10:00-dan 20:00-a qədər mağazamıza gəlib kofemizə qonaq ola,
satış mütəxəssislərimizdən kapsullar və espresso maşınları ilə bağlı ətraflı məlumat ala və ya sadəcə çağrı mərkəzimizə pulsuz zəng edərək suallarınıza cavab tapa bilərsiniz.

Ünvan: Azərbaycan prospekti 29 (Şahmat Klubuyla üzbəüz)

Image Alt
  /  Kapsul

RAHAT, ZÖVQLÜ VƏ LƏZZƏTLİ

“Espresso Club Azerbaijan” kofesevərlərə “PITTI CAFFE” brendinin müxtəlif növ kapsullarını təqdim edir. Bu kapsullar hər biri özündə unikal dad və zövq oxşayan kofeni birləşdirir.

Bu kapsullar hər zaman eyni həcmdə, ideal porsiyada (5-7 qram həcmdə qovrulmuş kofe dənələri) hazırlanır. Beləliklə, siz sevdiyiniz dadı, öz kofenizi hər zaman eyni keyfiyyətdə əldə edə bilirsiniz. Keyfiyyət hər zaman qorunur, zövqlər isə dəyişir. Buna görə də, siz öz dad zövqünüzə uyğun kapsul seçməkdə sərbəstsiniz.

Xatırladaq ki, bu kapsullar bioloji cəhətdən tamamilə zərərsizdir və sağlam texnologiya ilə hazırlanır. Buyurun öz sevimli kapsul ailənizi seçin!