Hər gün 10:00-dan 20:00-a qədər mağazamıza gəlib kofemizə qonaq ola,
satış mütəxəssislərimizdən kapsullar və espresso maşınları ilə bağlı ətraflı məlumat ala və ya sadəcə çağrı mərkəzimizə pulsuz zəng edərək suallarınıza cavab tapa bilərsiniz.

Ünvan: Azərbaycan prospekti 29 (Şahmat Klubuyla üzbəüz)

Image Alt
  /  Haqqımızda

Bizim kofe hekayəmiz

Özünüzə bir kofe hazırlayın və bizim hekayəmizlə tanış olun.

Həyatı kofeylə kəsişən hər kəsin kofeylə bağlı bir hekayəsi olur. Bizim hekayəmiz isə İtalyadan Bakıya doğru uzanan bir macəradır.

“Espresso Club Azerbaijan” yerli kofesevərlərə yeni hekayələr üçün ilham mənbəyi olmaq və onları hər zaman yaxşı kofeylə təmin etmək üçün 2018-ci ildən etibarən öz yoluna başlayıb.
Biz ilk gündən etibarən bu yola kofe istehsalı sahəsində mühüm şirkətlərindən biri olan “PITTI CAFFE” ilə çıxdıq. Bu məşhur brend keyfiyyətli kofe xoşlayanlar üçün bizim vasitəmizlə daha da əlçatan oldu.

Capsules

Same quality but different story for each capsule

Kofe kapsullarımız beynəlxalq səviyyədə patentləşdirilmiş, özünəməxsus bir formaya sahibdir. Bu kapsullar hər zaman eyni həcmdə, ideal porsiyada (5-7 qram həcmdə qovrulmuş kofe dənələri) hazırlanır. Beləliklə, siz sevdiyiniz dadı, öz kofenizi hər zaman eyni keyfiyyətdə əldə etmiş olursunuz.

Keyfiyyət hər zaman yüksək səviyyədə qalır, lakin siz bu kapsullarda fərqli dadlar da kəşf edə bilərsiniz. “Espresso Club Azerbaijan” sadə dadla yanaşı, fındıqlı, vanilli və digər dadlarla da zəngin kapsul çeşidi təklif edir.

Kapsullarımız dünyaca məşhur “PITTI CAFFE” brendi tərəfindən təmin olunur. Xatırladaq ki, “PITTI CAFFE” 24 ay ərzində bioloji baxımdan dəyişdirilə bilən kapsulun əsasını qoymuş brenddir. Bu inqilabi yenilik İngilis İnstitutu tərəfindən də təsdiq edilmişdir.

Kofe kapsullarımız

Hədiyyə espresso maşını və sürprizlərlə dolu fincan

“Espresso Club Azerbaijan” kofe maşınlarını tamamilə pulsuz təqdim edir. Biz sizə sadəcə kofe kapsullarına illik abunə olmağı təklif edirik, bu kapsulların abunəlik həcminə uyğun müxtəlif növ espresso maşınlarını isə sizə hədiyyə edirik.Müxtəlif növdə və ölçüdə olan bu maşınlar ofisinizi və evinizin mətbəxini bəzəyir və sadəcə kofe zövqünüzü deyil, göz zövqünüzü də oxşayır.